Kişi və qadın voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqalarında komanda sayının artırılması nəzərdə tutulub.

Bildirilib ki, AVF tərəfindən Yüksək Liqada çıxış edən klubların sayının 10-12-yə qədər artırılması hədəflənib və bu istiqamətdə artıq bir neçə tərəfdaşlarla danışıqlar baş tutub.

Qeyd edək ki, hazırda qadınların yarışında 9, kişilərin turnirində 6 komanda mübarizə aparır.