Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında keçirilən yarışın son günündə gənclər arasında şpaqa və sablya növləri üzrə mükafatçılar müəyyənləşib.
Sablya
Qızlar
- Leyla Əhmədova
- Fərəh Abasova
- Ayan Ağakişiyeva, Züleyxa Sultanlı
Oğlanlar
- Abbas Hüseynov
- Rəsul Əliyev
- Nahid Məmmədli, Timur Husnaddinov
Şpaqa
Qızlar
- Xədicə Həsənli
- Mirnuray Abasova
- Nəzrin Mehdiyeva, Aynur Quliyeva
Oğlanlar
- Mirxətai Məmmədov
- Vahab Fətullayev
- Osman Məmmədov, Səid Əliyev
Qeyd edək ki, mükafatçılar Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.














