Bu gün Misli Premyer Liqasında XVI tur davam edəcək.

Saat 15:00-da başlayacaq görüşdə “Sabah”a məğlubiyyətdən sonra ikinci yerə yuvarlanan “Qarabağ” “Qəbələ”nin qonağı olacaq. Matçın baş hakimi Əli Əliyev olacaq.

İkinci qarşılaşmada “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edəcək. Saat 17:30-da start götürəcək oyunu Fərid Hacıyev idarə edəcək.

Hər iki qarşılaşma “CBC Sport”la canlı yayımlanacaq.