FİFA ulduz futbolçu Kriştianu Ronaldunun da çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer qadağası qoyub.

Buna səbəb kimi Ər-Riyad təmsilçisinin 2023-cü ildə ispaniyalı mərkəz müdafiəçisi Emerik Laportun transferi üçün “Mançester Siti”yə bəzi ödənişlər üzrə təxminən 9 milyon avro borclu qalması göstərilir.

Borcun ödənilməsi üçün son tarix 31 avqustda başa çatıb. Laport isə yay transfer pəncərəsində “Əl-Nəsr”dən “Atletik Bilbao”ya keçib.