Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) “Mançester Siti”nin qapıçısı Canluici Donnarummanı 2025-ci il üçün dünyanın ən yaxşı qapıçısı seçib.

İtaliya millisinin üzvü 169 xal toplayaraq “Real Madrid”in qolkiperi Tibo Kurtuanı (65 xal) və isveçrəli Yann Sommeri (59) qabaqlayıb.

İlk beşliyi 50 xala malik “Bayern Münhen”in qapıçısı Manuel Noyer və 40 xal toplayan “Arsenal”ın üzvü David Raya qapayıb.

Qeyd edək ki, Donnarumma FİFA tərəfindən də ilin ən yaxşı qapıçısı seçilib.