Azərbaycan Basketbol Liqasında X tur davam edir. Bu gün daha iki matç baş tutub.

Səfərdə “Şəki” ilə üz-üzə gələn “Gəncə” 78:73 hesablı qalibiyyətə sevinib.

Turun mərkəzi qarşılaşması “Sabah” və “Abşeron Lions” arasında olub. Gərgin məcrada keçən oyun “Abşeron Lions”un 101:97 qələbəsi ilə bitib.

Hazırda A qrupuna 19 xalla “Abşeron Lions” başçılıq edir. “Sabah” liderdən 2 xal geri qalır. B qrupunda isə 20 xalla “Ordu” birincidir.