AFFA İntizam Komitəsi Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb. Görüş bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibi komanda 2500 manat cərimələnib.
Ağdam klubu isə azarkeşlərinə görə ümumilikdə 10 min manat cərimə edilib. Belə ki, qonaq kollektivin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığı üçün 7000, oturacaqların sındırılmasına və stadiona zərər vurulmasına görə isə 3000 manat ödəməli olacaq.
“Qarabağ” həmçinin oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq edilib.

















