2026-cı ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı dünya futbol qrumu tərəfindən təsdiqlənib.
Baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.
FİFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün referilərimizin siyahısı aşağıdakı kimidir:
Baş hakimlər:
Kişilər:
Əliyar Ağayev
Elçin Məsiyev
Kamal Umudlu
Tural Qurbanov (yeni)
Qadınlar:
Fəridə Lütfəliyeva
Baş hakim köməkçiləri:
Zeynal Zeynalov
Akif Əmirəli
Elşad Abdullayev
Pərvin Talıbov
Namiq Hüseynov
Vüsal Məmmədov
Cəmil Qulliyev (yeni)
Asiman Əzizli (yeni)
Qadınlar:
Gülnurə Əkbərzadə
Sevda Nurıyeva
VAR hakimləri:
Nicat İsmayıllı (yeni)
İnqilab Məmmədov (yeni)
Fərid Hacıyev (yeni)
Futzal üzrə hakimlər:
Hikmət Qafarlı
Knyaz Əmiraslanov
Əli Cəbrayılov
Çimərlik futbolu üzrə hakimlər:
Nail Nağıyev
Yeni FIFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimlərlə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Bleker, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər.

















