Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Almaniyada əməliyyat olunub.

31 yaşlı qolkiper bu ölkənin Plattlinq şəhərindəki özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib.

Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.