“Paris Sen-Jermen” tarixində ilk dəfə FIFA Qitələrarası Kubokun qalibi olub.
PSJ təmsilçisi Qətərdə baş tutan turnirin həlledici matçında Braziliyanın “Flamenqo” kollektivini üstələyib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyulub.
Burada daha dəqiq oynayan Luis Enrikenin çalışdırdığı kollektiv Qitələrarası Kuboka sahib çıxıb.












