Misli Premyer liqasında I turun təxirə salınmış oyunu keçirilib.

“Sabah” doğma “Bank Respublika Arena”da “Qarabağ”ı qəbul edib. Görüşdə hesabı 9-cu dəqiqədə Leandro Andrade ilə Ağdam klubu açıb. Ancaq “tələbələr” ikinci yarıda Con-Leyns Mikkels (52′) və Aaron Maludanın (88′) qolları ilə geridönüş edərək 2:1 qalib gəlib.

Bu qələbə ilə xalını 34-ə çatdıran “Sabah” turnir cədvəlində birinci pilləyə yüksəlib. Ondan bir xal geri qalan “Qarabağ” ikincidir. “Sumqayıt” və “Zirə” 27 xalla 3-4-cü yerləri bölüşürlər.