Azərbaycan Basketbol Liqasında X tura start verilib. İlk oyun günündə bir görüş keçirilib.
B qrupunda “Sərhədçi” “Sumqayıt”ı qəbul edib. Matç ev sahiblərinin 86:83 hesablı qələbəsi ilə bitib.
Sabah turun daha iki görüşü baş tutacaq. “Quba” “Naxçıvan”la, “Ordu” “Lənkəran”la qarşılaşacaq.














