Azərbaycanı basketbol üzrə Çempionlar liqasında təmsil edən “Sabah” qrup mərhələsində son matçına çıxıb. Komandamız səfərdə “Alba Berlin” ilə qarşılaşıb. “Bayquşlar” bu görüşdən qalib ayrılacağı və kvartetin digər oyununda “Nimburk”un “Elan Şalon”a uduzacağı təqdirdə pley-off mərhələsinə adlamaq şansı vardı.
Ancaq böyük fasiləyə üstün yollanmasına baxmayaraq “Sabah” yekunda “Alba”ya 106:82 uduzub və avrokuboklarda mübarizəsini başa vurub. Paralel qarşılaşmadan “Elan Şalon” 97:84 qalib ayrılıb.
Nəticədə 11 xal toplayan kollektivlərdən “Alba” B qrupunu birinci, “Elan Şalon” ikinci tamamlayıb. “Nimburk”la birgə 7 xalı olan “Sabah” əlavə göstəricilərdə geridə qalaraq sonuncu yeri tutub.














