Bu gün FIFA tərəfindən ilin ən yaxşı futbolçusuna verilən sayca 10-cu “The Best” mükafatının qalibi bəlli olacaq.
Qətərin paytaxtı Dohada keçiriləcək tədbirdə 11 oyunçu arasından seçim ediləcək:
Koul Palmer (Çelsi)
Pedri (Barselona)
Usman Dembele (PSJ)
Vitinya (PSJ)
Lamin Yamal (Barselona)
Harri Keyn (Bavariya)
Nunu Mendeş (PSJ)
Əşrəf Hakimi (PSJ)
Məhəmməd Salah (Liverpul)
Kilian Mbappe (Real Madrid)
Rafinya (Barselona)
Qeyd edək ki, “Paris Sen-Jermen”in hücumçusu Usman Dembele cari il “Qızıl top” mükafatına layiq görülüb. “The Best” mükafatının son qalibi isə “Real Madrid”dən Vinisius Juniordur.












