Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.

dekabrın 20-də baş tutacaq yarışda 130 uşaq 8 idman növü – paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma, boccia üzrə müxtəlif kateqoriyalarda mübarizə aparacaq.

Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunması və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.