“Komanda.az” saytının ənənəvi olaraq hər il keçirilən sorğusunda ilin məşqçisinin adına aydınlıq gəlib.
“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu nominasiyada qalib olub.
O, sözügedən ad uğrunda mübarizədə digər namizədləri böyük fərqlə qabaqlayaraq 15-ci dəfə bu mükafata yiyələnib.


















