Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında yarımfinal döyüşləri keçirilib.
Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 4 idmançısı – Gülər Hüseynova (48 kq) Qardaş Rəhimov (46 kq)Şahin Aslanov (60 kq) Şükar Əliyev (75 kq) görüşlərini qələbə ilə başa vuraraq finala yüksəliblər.
Qeyd edək ki, həlledici döyüşlər dekabrın 17-də baş tutacaq.














