Bilyardın “Pool” növü üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib. Ölkənin ən güclü bilyardçıları mübarizə apardığı yarışda kişilər “Pool-10”, qadınlar “Pool-8” üzrə mükafatçıları müəyyənləşdiriblər.
Kişilər arasında Orxan Qubatov birinci yeri tutub. Murad Fəttayev ikinci, Orxan Rzayevlə Ruslan Əmiraslanov üçüncü pillədə qərarlaşıb.
Qadınlar arasında Mina Nəsirova qızıl, Səbinə Bayramova gümüş, Südabəxanım İsmayılova və Zəminə Yolçuzadə isə bürünc medal qazanıblar.














