Bakıda “Aerobika gimnastikası üzrə 9-cu Bakı çempionatı, akrobatika gimnastikası üzrə 30-cu ölkə çempionatı və Bakı birinciliyi” baş tutacaq.
Yarış Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq müxtəlif proqramlarda çıxış edəcəklər.
Birincilik dekabrın 13-dən 14-dək baş tutacaq.














