Bu gün Xankəndidə XI Vüqar Həşimov Memorialının püşkatma mərasimi keçirilib.
I turda üz-üzə gələcək cütlüklər müəyyənləşib.
Aydın Süleymanlı (Azərbaycan) – Amin Tabatabai (İran)
Nodirbek Yakubboev (Özbəkistan) – Yan Nepominayşi (FIDE)
Rauf Məmmədov (Azərbaycan) – Vladimir Fedoseyev (Sloveniya)
Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.
Qeyd edək ki, Memorial dekabrın 11-də başa çatacaq.














