Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.

23 yaşlı qapıçı Superliqa təmsilçisi “Sanayispor”la anlaşıb.

Bu barədə Girəsun klubunun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Əliyeva son mövsümü Superliqanın digər təmsilçisi “Fatih Vətən”də keçirib.