Azərbaycanın kişi bodidildinqçiləri Səudiyyə Ərəbistanının Əl-Xobar şəhərində keçirilən dünya çempionatında 6 medal qazanıblar.

“Junior Mens Physique” kateqoriyasında təmsilçimiz Əhməd Quluzadə birinci olub.

Eyni kateqoriyada mütləq qalib adını isə Aşur Abdullayev qazanıb. Bu kateqoriyada digər təmsilçimiz Tərlan Əliyev 2-ci yeri tutub.

“Muscular Mens Physique” üzrə mübarizə aparan Kamil Əliyev 3-cü olub. Ə.Quluzadə həmçinin “Mens Physique” kateqoriyasında da bütün rəqiblərini üstələyib.

Bodibildinq yarışlarında çıxış edən Təyyar Vəliyev 1-ci olub.