Las-Veqasda keçirilən UFC 323 turniri çərçivəsində azərbaycanlı döyüşçü Nazim Sadıxov ilə fransalı Fares Ziam arasında döyüş baş tutub.
Ziam ikinci raundun son saniyələrində həlledici zərbələr seriyası endirərək texniki nokautla qələbə qazanıb.
Peşəkar karyerasında ikinci məğlubiyyətini alan Sadıxov, daha 11 duelini qələbə ilə bitirib, 1 dəfə də heç-heçə edib.














