Azərbaycanı Almaniyanın Keinbaum şəhərində 17 yaşadək oğlan və qızlar arasında keçiriləcək Avropa çempionatında 20 boksçu təmsil edəcək.
Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Ayxan Həsənov (50 kq), Əli Abaslı (52 kq), İbrahim Bədəlli (54 kq), Raul Heydərli (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) və Səfdər Məmmədzadə (+80 kq) yarışacaq.
İlkin Ağayevin baş məşqçiliyi altında yarışa qatılacaq yeniyetmə qızlar millimiz Aysel Fərəcova (46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasovadan (66 kq) ibarətdir.
Həmçinin, azərbaycanlı beynəlxalq dərəcəli hakim Anar Babanlı isə ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, dekabrın 10-da startı veriləcək və 9 gün davam edəcək U-17 Avropa çempionatında 29 ölkə iştirak edəcək.














