UEFA “Bayern Münhen”in futbolçusu Luis Diasın UEFA Çempionlar Liqasının cəzasını üç oyundan iki oyuna endirib. Bu qərar Almaniya təmsilçisinin apelyasiya şikayətindən sonra verilib.
Xatırladaq ki, Dias PSJ ilə oyunun (1:2) 45-ci dəqiqəsində rəqib komandanın müdafiəçi Əşrəf Hakimiyə qarşı kobud oyununa görə qırmızı vərəqə alıb.











