İngiltərə Premyer liqasında XV tur start götürüb. Açılış matçında “Aston Villa” “Arsenal” qəbul edib. Görüş ev sahiblərinin 2:1 hesablı qalibiyyəti ilə bitib.

Bununla da “topçular”ın bütün turnirlər daxil olmaqla 18 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb. Belə ki, onlar buna kimi sonuncu dəfə çempionatın III turunda “Liverpul”a uduzmuşdular.

Son 7 matçda qalib gələn “Aston Villa” isə keçirdiyi axır 15 qarşılaşmanın yalnız ikisində meydanı əli boş tərk edib.

Məğlubiyyətə baxmayaraq “Arsenal” 33 xalla turnir cədvəlinə başçılıq edir. London klubu “Mançester Siti”ni 2, “Aston Villa”nı 3 xal qabaqlayır.