Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan zaman Özbəkistan Futbol Assosiasiyasının vitse-prezidenti Ravşan İrmatovla görüşüb.
Görüş zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi 20 yaşadək futbolçular arasında dünya çempionatının təşkili və keçirilməsi ilə bağlı məsələlər, eləcə də assosiasiyalar arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi müzakirə olunub


















