Bu gün cüdo üzrə Azərbaycan çempionatı start götürüb. Artıq bir neçə çəki dərəcəsində qaliblərin adına aydınlıq gəlib.
Belə ki, 60 kq-da Balabəy Ağayev, 66-da Nazir Talıbov, 73-də Kamran Süleymanov, 63-də Nilgün Rzayeva, 70-də Südabə Ağayeva, 78-də Nərgiz Hacıyeva və 78 kq-dan artıq çəkidə Mədinə Kaisinova bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu adına yiyələnib.














