Bu gün Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatına start veriləcək.

Yarışın ilk günündə qadınlar və kişilər arasında ümumilikdə 7 çəki dərəcəsində 107 cüdoçu mübarizə qoşulacaq. Qadınlarda 63 kq, 70 kq, 78 kq və +78 kq, kişilərdə isə 60 kq, 66 kq və 73 kq çəki dərəcələrində qaliblər müəyyənləşdiriləcək.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan çempionatı “CBC Sport”la canlı yayımlanacaq.