Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.
Son oyun günündə iki matç keçirilib. B qrupu çərçivəsində “Quba” “Sumqayıt”a 107:90 qalib gəlib.
A qrupunda isə son çempion “Sabah” “Şəki”dən 115:83 güclü olub. Xalını 16-ya çatdıran “tələbələr” birinci yerdədir və ən yaxın izləyicisi “Abşeron Lions”u 1 xal qabaqlayır. B qrupuna isə 16 xalla “Ordu” başçılıq edir.














