Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub.

Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 zəka ustası rapid və blits yarışlarında mübarizə aparacaq.

Bunlar Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə çıxış edəcəklər.

Qeyd edək ki, dekabrın 9-dan 11-dək keçiriləcək Memorial ilk dəfə 2014-cü ildə təşkil olunub. 2023-cü ildən isə turnir FİDE dünya çempionatının seçmə mərhələsi statusunu alıb.