Azərbaycan Basketbol Liqasının VIII turunun daha iki görüşü keçirilib.
B qrupu çərçivəsində “Naxçıvan” “Lənkəran”a 82:75 qalib gəlib. Xalını 14-ə çatdıran “Naxçıvan” ikincidir və lider “Ordu”dan iki xal geri qalır. 11 xallı “Lənkəran” isə üçüncü yeri tutub.
Günün ikinci matçında A qrupu təmsilçiləri üzləşib. NTD-ni 102:87 hesabı ilə məğlub edən “Abşeron Lions” liqada yeddinci qələbəsini əldə edib. Hazırda onlar 15 xalla qrup lideridirlər.
VIII tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.














