Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha üç oyunu keçiriləcək.

“Şamaxı” birinci liqa təmsilçisi “Baku Sportlinq”i sınağa çəkəcək. Saat 14-də Şamaxı şəhər stadionunda start götürəcək görüşdə ədaləti İnqilab Məmmədov qoruyacaq.

Eyni saatda “İmişli” kubokun son qalibi “Sabah”la qarşılaşacaq. Kamal Umudlunun idarə edəcəyi oyun “CBC Sport”da canlı yayımlanacaq.

Günün son qarşılaşması “Azərsun Arena”da keçiriləcək. Misli Premyer Liqasında liderliyini davam etdirən Qarabağ həftəsonu məğlub etdiyi “Karvan Yevlax”la qarşılaşacaq. Saat 19-da start götürəcək görüşü “CBC Sport”la canlı izləmək imkanı əldə edəcəksiniz. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.