Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir. Etap çərçivəsində bu gün daha 3 matç keçirilib.
“Baku Sportinq”lə qarşılaşan “Şamaxı” 1:0 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib.
Əlavə vaxta kimi uzanan oyunda “Sabah” “İmişli”dən 2:1 üstün olub. “Bayquşlar”ın növbəti mərhələdə rəqibi “Qəbələ” – “Şəfa” cütünün qalibi olacaq.
Saat 19:00-da başlayan matçda “Qarabağ” “Karvan-Yevlax”ı qəbul edib. Ölkə çempionatının son turunda olduğu kimi tərəflərin dueli ağdamlıların qələbəsi ilə bitib. 3:0 qalib gələn Qurban Qurbanovun kollketivi 1/4 finalda “Şamaxı”ya rəqib olub.
Bizon Azərbaycan Kubokunda 1/8 finala sabah keçiriləcək daha 3 görüşlə yekun vurulacaq.

















