Azərbaycan ilk dəfə 7-14 fevral aralığında Bəhreynin paytaxtı Manamada keçiriləcək parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq.

Belə ki, İbrahim Əliyev SU-5 kateqoriyası üzrə kişilərin şəxsi yarışında, yeniyetmələr arasında isə Zəhra Salmanlı ilə Nərmin İskəndərova tandemi SH-6 kateqoriyası üzrə qadınların qoşa yarışında medallar uğrunda mübarizə aparacaq.