Azərbaycan Basketbol Liqasında VIII tura start verilib. Açılış oyununda B qrupu çərçivəsində “Sərhədçi” ilə qarşılaşan “Ordu” 100:64 hesablı qələbə qazanıb.
Günün ikinci matçında “Neftçi” “Gəncə”ni qəbul edib. A qrupunun gərgin keçən oyunu qərb təmsilçisinin 80:73 qalibiyyəti ilə bitib.
VII turun növbəti görüşləri 4-5 dekabr tarixlərində keçiriləcək.














