Beynəlxalq Şahmat Federasiyası (FIDE) 1 dekabr tarixinə olan dünya reytinqini dərc edib. Azərbaycan təmsilçiləri arasında ən yaxşı göstəriciyə malik Şəhriyar Məmmədyarov 2730 xalla 14-cü pillədən 19-cu yerə enib.
Dünya reytinqinin ilk 100-lüyündə yer alan digər şahmatçılarımızdan Teymur Rəcəbov 37-ci, Rauf Məmmədov 78-ci, Eltac Səfərli 79-cu, Aydın Süleymanlı isə 99-cu yerdədir.
Qadın şahmatçılar arasında Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva şəxsi rekordunu yeniləyib. O, 2434 xalla 33-cü pillədən 26-cı yerə yüksəlib. Gülhər Beydullayeva 77-cidirsə, Xanım Balacayeva 92-cidir.














