UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunun “Napoli” ilə matçında zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib.
Bu gün aparılan müayinələr nəticəsində kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib.
Komanda sabah istirahət edəcək. 32 yaşlı futbolçunun birigündən komanda ilə məşqlərə qoşulması gözlənilir.
“Napoli” ilə oyunda zədələnən Medina 60-cı dəqiqədə əvəzlənib.
















