AFFA U-12 Qızlar Liqasında çıxış edən Gəncənin “Azəri” komandası yarışlardan kənarlaşdırılıb.

Bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

Kollektiv son olaraq “Goranboy OİK” ilə görüşdə iştirak etməyib və texniki məğlubiyyət (0:3) alıb.

Gəncə komandası üçüncü dəfə matçlara getmədiyi üçün yarışlardan kənarlaşdırılıb.