Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura bu gün start veriləcək.

Turun ilk oyun günündə bir görüş baş tutacaq.

“Milli Aviasiya Akademiyası” “Azərreyl”lə üz-üzə gələcək.

Görüş “Milli Aviasiya Akademiyası”nın idman zalında, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, tura noyabrın 26-da yekun vurulacaq.