Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında final görüşlərini keçirib.
Komandamız rusiyalı şahmatçılardan təşkil olunan və beynəlxalq bayraq altında çıxış edən FIDE kollektivi ilə üzləşib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət seçməmiz birinci matçı 1:3, ikinci dueli 1,5:2,5 hesabı ilə uduzaraq turniri ikinci yerdə başa vurub.














