Misli Premyer Liqasında XII tura yekun vurulub. Son oyun günündə iki matç keçirilib. “Sabah” – “Şamaxı” görüşündə qapılar toxunulmaz qalıb. “Neftçi” isə evdə “İmişli”ni qəbul edib. Son iki oyunda uduzan bölgə klubu bu dəfə 3:2 hesablı əzmkar qələbə qazanıb.

“Sabah” 0:0 “Şamaxı”

“Neftçi” 2:3 “İmişli”

Hazırda turnir cədvəlinə 26 xala malik “Qarabağ” başçılıq edir. Ehtiyatında bir oyun olan Ağdam təmsilçisi “Zirə”ni və “Turan Tovuz”u 3 xal qabaqlayır. 22 xalı olan “Sabah” ilk dördlüyü qapayır. 5-6-cı pillələrdə 20 xallı “Sumqayıt” və “Araz-Naxçıvan” qərarlaşıb. Xalını 15-ə çatdıran “İmişli” “Neftçi” ilə 7-8-ci sıraları bölüşür. Onlardan 1 xal geri qalan “Şamaxı” 9-cudur. “Kəpəz” 6 xalla 10-cu yerdə mövqe tutub. Son pillələrdəki “Qəbələ” və “Karvan-Yevlax”ın 5 xalı var.

Çempionatın bombardiri 7 qolla “Araz-Naxçıvan”ın hücumçusu Ba-Muaka Simakaladır.