ABŞ-də keçirilən “Formula 1” üzrə Las-Veqas Qran-prisinin qalibi müəyyənləşib. “Red Bull”un pilotu Maks Ferstappen finişə hamıdan tez çatıb. Bu, niderlandlı sürücü üçün mövsümdə altıncı qalibiyyət olub.
“Maklaren”dən Lando Norris ikinci, “Mersedes”dən isə Corc Rassel üçüncü yeri tutub.
Hazırda ümumi sıralamaya 346 xalla “Maklaren”in avstraliyalı sürücüsü Oskar Piastri başçılıq edir. O, ən yaxın izləyicisi Norisi 14 xal qabaqlayır. 306 xallı Ferstappen isə üçüncü yerdə mövqe tutub.
Mühəndislərin yarışına 678 xalla “Maklaren” başçılıq edir. Qeyd edək ki, mövsümün son iki qran-prisi Qatarda və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.














