UEFA “Qarabağ”ın Çempionlar liqasındakı növbəti rəqibi “Napoli” klubunu xəbərdarlıq edib.
Buna səbəb İtaliya təmsilçisinin “PSV Eyndhoven”ə 2:6 uduzduğu matçda yaşananlar səbəb olub.
Belə ki, neapolluların baş məşqçisi Antonio Konte sözügedən qarşılaşmada əxlaqi davranışın əsas qaydalarını pozmaqda ittiham edilib.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 25-də keçiriləcək.











