Misli Premyer Liqasında XII turun daha iki görüşü keçirilib. Günün ilk matçında “Araz-Naxçıvan” və “Turan Tovuz” kollektivləri üzləşib. Tərəflər 1:1 hesablı bərabərliyə razılaşıb.

İkinci dueldə isə “Zirə” “Qəbələ”ni qəbul edib və 1:0-lıq minimal qalibiyyətə sevinib. “Qırmızı-qaralar”ın qələbəsizlik seriyası 7-yə bərabərdir.

Bu nəticələrdən sonra “Zirə” xalını 23-yə yüksəldərək, ən azı bir günlük ikinci pilləyə yüksəlib. Eyni qədər xal toplayan “Turan Tovuz” isə rəqibindən yalnız əlavə göstəricilərdə geri qalır.

XII tur sabah keçiriləcək “Sabah” – “Şamaxı” və “Neftçi” – “İmişli” matçları ilə davam edəcək. Müvafiq olaraq saat 15:00 və 17:30-da başlayacaq görüşlər “CBC Sport”la canlı yayımlanacaq.