İngiltərə Premyer Liqasında XII tur start götürüb. Son çempion “Liverpul” doğma meydanda “Nottinqem Forest”lə qarşılaşıb. Matç qonaqların 3:0 hesablı gözlənilməz qələbəsi ilə yekunlaşıb. Bununla da Mersisayd təmsilçisi bütün turnirlər daxil olmaqla son 11 oyunda 8-ci məğlubiyyətini alıb.

Qızıl medala namizəd komandalardan “Mançester Siti” isə səfərdə “Nyukasl”la üzləşib. Keçirsidi son 4 matçda qalib gələn “şəhərlilər” seriyası “Sent-Ceyms Park”da başa çatıb və “Nyukasl” 2:1 hesabı ilə üstün olub. Bu, “sağsağanlar”ın rəqibi üzərində 2023-cü ilin sentyabrında Liqa kuboku çərçivəsində əldə edilən uğurdan bəri ilk qələbəsidir. “Nyukasl”ın buna qədər “Siti”yə qarşı çempionatdakı son qalibiyyəti isə 2019-cu ilə təsadüf edirdi.

Turnir cədvəlinin lideri isə 26 xalla “Arsenal”dır. “Topçular” sabah əzəli rəqibi “Tottenhem”i qəbul edəcək. Şimali London derbisi saat 20:30 start götürəcək.