Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb.

FHN-in idman zalında Rumıniyanın “Styaua” klubu ilə üz-üzə gələn Bakı təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

İlk matç rəqib komandanın 3:0 üstünlüyü ilə bitdiyindən cütün qalibini müəyyənləşdirmək üçün “qızıl set”ə ehtiyac duyulub. Həlledici hissəni 15:13 hesabı ilə xeyrinə başa vuran “Xilasedici” 1/16 finala yüksəlib. Komandamız bu etapda Belçikadan “Lindemans” ilə qarşılaşacaq. İlk oyun 2026-cı il yanvar 7-də səfərdə keçiriləcək.