Azərbaycan güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında dünən 3 medal qazanıblar.
52 kq-da Ruzanna Məmmədova və 57-də İslam Bazarqanov yalnız finalda uduzaraq gümüş medal əldə ediblər.
Digər qadın idmançımız Nigar Mirzəzadə isə 68 kq-da üçüncü olub.














