Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın dörd sərbəst güləşçisi son yarış günündə mükafatçılar sırasına düşüb.

Belə ki, 86 kq cəkidə Arseniy Cioyev finalda bəhreynli Xıdır Saypudinova qalib gələrək qızıl medal qazanıb.

74 kq-da Ağanəzər Novruzov yalnız həlledici dueldə uduzaraq ikinci olub.

97 kq-da Maqomedxan Maqomedov, 125-də isə Giorgi Meşvildişvili isə bürüncə sahib çıxıb.

Beləliklə, güləş millimiz turniri 2 qızıl, 5 gümüş və 3 bürünc medalla başq vurub.