Əbu-Dabidə baş tutan ciu-citsu üzrə dünya çempionatında iki idmançımız – Bağır Əliyev və Timur Simvol uğurlu nəticə göstərib. 62 kq-a qədər yeniyetmələr kateqoriyasında mübarizə aparan Bağır Əliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Ardınca eyni nəticəni digər idmançımız Timur Simvol təkrarlayıb. O da turniri birinciliklə yekunlaşdırıb.













